İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur pop ulduzu Taylor Sviftin “Eras” turu başa çatdı

ABŞ-ın məşhur pop ulduzu Taylor Svift beş qitədə 53 şəhəri əhatə edən və 149 konsertdən ibarət dünya miqyaslı “Eras” turunu başa çatdırıb.

Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, 34 yaşlı müğənninin turu keçən ilin mart ayında Arizona ştatının Qlendeyl şəhərində başlayıb.

Turun finalı isə yağışlı Vankuverdə baş tutub. Müğənni burada tamaşaçılarına bu konsertlərin onun həyatı boyunca ən həyəcanlı, güclü, enerji dolu, intensiv və ən çətin təcrübəsi olduğunu bildirib.

“Eras” turu beynəlxalq səviyyədə diqqət çəkib və 1 milyard dolları keçən bilet satışları ilə tarixdə bir ilkə imza atıb. “The New York Times”ın məlumatına görə, turun sonunda bilet satışlarından əldə olunan gəlir 2.08 milyard dollar təşkil edib. Müğənninin prodüser şirkəti bu rəqəmi təsdiqləyib. Bundan başqa, tur zamanı satılan müxtəlif məhsullardan əlavə 400 milyon dollar gəlir əldə olunduğu təxmin edilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR