İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur marka avtomobil istehsalını dayandırır

Beynəlxalq “Volkswagen” qrupuna daxil olan Çexiya avtomobil istehsalçısı “Skoda” avtomobil istehsalını bir həftəlik dayandırır.

Musavat.com xəbər verir ki, buna səbəb Sloveniyada yerləşən tərəfdaş şirkət tərəfindən təchiz olunmalı komponentlərin çatışmazlığıdır. Sloveniyadakı müəssisə komponent istehsalını bölgədəki daşqınlara görə dayandırıb. “Skoda”nın mətbuat katibi İvana Povolna bildirib ki, "Skoda” Kvasiny kəndindəki (Çexiyanın şimal-şərqində) zavodunda istehsalı ən azı bir həftə dayandırır. Onun sözlərinə görə, şirkət daxili yanma mühərrikləri üçün komponentləri Sloveniyadan tədarük edirdi. Eyni zamanda şirkətin fabriklərində elektriklə işləyən avtomobillərin istehsalı sutkada 500-dən 550 avtomobilə qədər artacaq.

Qeyd edək ki, “Skoda” işçilərinin həmkarlar ittifaqının rəhbəri Yaroslav Povşik məlumat verib ki, şirkətin Çexiyadakı zavodlarında istehsalın azalması daxili yanma mühərrikli bütün avtomobil modellərinə təsir edəcək. Gələn həftə Sloveniyadan tədarük bərpa olunarsa, vəziyyət yaxşılaşa bilər. Onun sözlərinə görə, "Skoda" nümayəndələri zəruri komponentlərin Çindən tədarükü ilə bağlı danışıqlar aparmağa çalışırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR