İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur jurnalist Andrey Karaulovun evində axtarış aparılıb

Rusiyanın tanınmış jurnalistlərindən olan Andrey Karaulovun evində axtarış aparılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistin özü teleqram kanalında yazıb.

"Evimdə axtarış başladı. Avtomatlarla silahlanmış şəxslər qapını sındırmağa çalışdılar", - deyə, o bildirib.

Karaulov sözlərinə görə, axtarış Kremlə yaxınlığı ilə biliən, Rusiyanın silah sənayesinin əsas qurumlarından biri hesab edilən “Rostex” şirkətinin rəhbəri Sergey Çemezovun sifarişi ilə aparılır.

“Kseniya Sobçak, ikinci akt” - tamaşanın yeni adı budur.. Sobçaka heç nə edə bilmədilər, indi də Karaulova girişiblər. Hansı prokuror bu axmaqlığa icazə verib və "böhtan" maddəsi ilə məhkəməyə verilən jurnalistin evindən nə tapmaq olar. Mən başa düşmürəm ",- deyə, Karaulov yazıb.

Qeyd edək ki, bu ilin oktyabrın sonunda Kseniya Sobçakın kommersiya direktoru Kirill Suxanov və “Tatler” saytının keçmiş baş redaktoru Arian Romanovski həbs edilib. Rusiya mediasının məlumatına görə, onlarla bağlı şikayəti də Çemezov verib. Suxanov saxlanıldıqdan sonra Sobçakın bağ evində axtarış aparılıb. Sonradan elə həmin gün jurnalistin Rusiyanı tərk etdiyi məlum olub.

Xatırladaq ki, Andrey Karaulov 1992-2016-cı illərdə dörd telekanalda yayımlanan “Həqiqət anı” (Moment istinı) müəllif proqramının aparıcısı olub. Sonradan Kreml hakimiyyətinin qəzəbinə tuş gələn jurnalist efirdən uzaqlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR