İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fransız nəşri Martin Ryanın saxlanılmasından yazdı

Fransanın məşhur “L`opinion” qazetində “Qürbətdə yaşıyan gənc Martin Ryan dekabr ayının əvvəlində iki ölkə arasında artan güclü gərginlik fonunda saxlanılıb. Bizim Azərbaycandan aydınlaşdırdığımız: bu həbs Fransa vətəndaşının casusluqda ittiham olunması ilə izah olunur” başlıqlı yazıda bildirilir ki, Fransa vətəndaşı olan Martin Ryan məhz casusluq ittihamı ilə dekabrın 4-də saxlanılıb.

Məlumatı FransPress agentliyinə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da təsdiq edib.

Məqalənin müəllifi Jan Dominik Merşe bildirir ki, hazırda Fransa və Azərbaycan arasında gərginlik yaşanmaqdadır və xüsusilə də Azərbaycan mətbuatında bu barədə geniş məlumatlar verilir. Martin Ryanın atası Rişar Ryan qazetə verdiyi açıqlamada deyib ki:

“Onunla bir neçə dəfə iki dəqiqəlik danışıblar. Martin deyib ki, ona yaxşı münasibət göstərilir və öz vəkili ilə təmasdadır.”

Merşenin fikrincə bu addım onsuz da gərgin olan Fransa ilə Azərbaycanın münasibətlərinə ciddi mənfi təsir göstərir. Müəllif qeyd edir ki, Martin Ryan beş həftədir ki, həbs olunub. Fransa hakimiyyət orqanları da bu məsələyə narahatedici münasibətlərini açıqlayıblar. Fransa Xarici İşlər Nazirliyi bu məlumatı təsdiq edib və həmvətənlərinin azad olunmasını istəyib. Yazıda xatrıladılır ki, bundan əvvəl qarşılıqlı şəkildə diplomatlar “arzuolunmaz şəxs” elan olunublar. Yazıda Martin Ryanın Bakıda şirkətinin olduğu bildirilir, ticarətlə məşğul olmasına diqqət çəkilir. Həmçinin, qeyd olunur ki, onun ata tərəfdən Böyük Britaniya vətəndaşlığı da var. Yazıda Fransa səfirliyinin iki əməkdaşının Martin Ryanla əlaqə saxladıqları və görüşlərdən birində ona qarşı siyasi suallarla sərt davranıldığı ifadə olunub. Fransa tərəfinin bu məsələyə münasibətini təhlil edən Merşe vurğulayır ki, “fransızlar təkid edirlər ki, azərbaycanlılar onları sıxmaqda həvəslidirlər”.

Jurnalistin fikrincə Bakı və Paris arasındakı münasibətlər Fransanın ciddi şəkildə Ermənistanın tərəfini tutması səbəbindən daha da pisləşib. Yazıda həmçinin Yeni Kaledoniyaya Azərbaycanlı jurnalistlərin viza bəhanəsi gətirilərək buraxılmaması da xatırladılıb. Azərbaycanın Fransadakı keçmiş səfiri, Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirən müəllif onun fikirlərinə yazısında yer verib. İki tərəfli münasibətlərin indiki ümumi vəziyyətinin pisləşməsinin səbəbi ölkəmizə qarşı mövcud qərəzdir. Xüsusilə də erməni məsələsində. Fransa Azərbaycan və Ermənistan arasında sülh perspektivlərini də pozmaq istəyir. Paris Ermənistana silah göndərməklə və Birləşmiş Millətlər Təşkilatında Azərbaycana düşmənçilik ifadə edən qətnaməni irəli sürməklə öz qərəzli münasibətini ortalığa qoyur. Fransa artıq vasitəçi kimi də öz rolunu itirib. Paris hətta Avropa İttifaqının bu məsələdəki iştirakına da ziyan vurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR