Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı İsmail Küçükkayanın 75 yaşlı anası Halise Küçükkaya dənizdə boğularaq ölüb.
Hadisə Antalyada baş verib.
Məlumata görə, Halise Küçükkaya tətil üçün getdiyi hotelin sahilində çimərkən birdən-birə çırpınmağa başlayıb. Hotelin xilasedicisi dərhal onu sahilə çıxarıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan ekspertiziyalar zamanı Halise Küçükkayanın infarkt keçirərək boğulduğu müəyyən edilib./qafqazinfo
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ