Onlayn ictimai-siyasi qəzet
42 yaşlı rusiyalı aktyor Yevgeni Şişov Kursk vilayətində gedən döyüşlərdə həlak olub.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Kino-Teatr.ru saytı məlumat yayıb.
"Yevgeni Şişov Kursk vilayətində Rusiya ərazisini müdafiə edərkən həlak olub", - məlumatda deyilir.
Aktyorun ölüm xəbərini həmkarları da təsdiqləyib.
Qeyd olunur ki, sənətçi sosial şəbəkədə sonuncu paylaşımını iyulun 31-də edib.
Yevgeni Şişov 1982-ci ildə anadan olub. O, ekranlarda "Dəniz şeytanları", "Çətin ölüm", "Möhtəşəm beşlik", "Nevski" kimi layihələrlə məşhurluq qazanıb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ