Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa Leyla Bilginer uşaqlığı ilə bağlı xatirələrindən və zorakılığa məruz qalmasından danışıb.
Musavat.com oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, atası içki aludəçisi olub və anasını döyüb.
"Atam olmayanda da əmilərim, babam anamı döyürdülər. Bütün gəlinlər bu həyatı yaşayırdılar. Beş yaşım olanda atam mənə dedi ki, sənin dilin çox uzanıb, onu kəsəcəyəm və bıçaqla mənə hədələdi. O, sevgisiz böyümüşdü. Spirtli içki içəndə başqa, içməyəndə isə tamam başqa adam olurdu", - deyə aktrisa qeyd edib.
Bilginel liseydə oxuya bilmək üçün 12 yaşında aclıq aksiyasına başladığını deyib:
"Atam kitablarımı cırırdı, səhər onları bir yerə yığıb oxumağa davam edirdim. 12 yaşım olanda 13 gün heç nə yemədim, içmədim. Ölmək üzrə olanda məni xəstəxanaya apardılar. Həkim başımdan keçənləri eşidəndə kömək etmək istədi. Məni qucağına alıb atama təhvil verərkən dedi ki, qızını götür, torpağa basdır, bu uşaq bir həftəyə sağ qalmayacaq. Atam məni apardı, amma anam ağlayırdı. Atamın ürəyinin titrəyişini eşitdim. Evə gələndə oxumağıma razılıq verdi, amma dedi ki, başımı əysən, ananın da sənin də saçını qırxıb dəlixanaya saldıraram".
Aktrisa yeddi yaşında olanda təcavüzə məruz qaldığını da deyib:
"Bizim bir ərzaq mağazamız var idi, Mehmet dayı. Yeddi yaşım var idi. Mənə "istədiyin şeylər piştaxtada var, ordan götür" dedi. Sonra arxama keçib məni sıxışdırdı. Çox qorxdum qaçdım. Qorxduğum üçün anama deyə bilmədim, atam xəbər tutsaydı qatil olardı. Sonradan mağazaya tək girmirdim, öz ağlımla belə bir həll yolu tapdım", - deyə aktrisa bildirib.
Qeyd edək ki, Leyla Bilginer "Kılıç Günü", "Maskeli balo", "Pars: Narkoterör", "Emret komutanım: Şah mat", "Gurbet yolçuları", "Kördüğüm", "Savcının Karısı" kimi film və seriallarda rol alıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ