Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktrisa Elçin Afacan son dövrlərdə atdığı çəki ilə tamamilə fərqli bir görünüşə qovuşub.
Musavat.com xəbər verir ki, aısa müddətdə 28 kilo arıqlayan aktrisanın bu inanılmaz dəyişiminin sirri də məlum olub.
Sosial mediada paylaşdığı fotolarla izləyicilərindən böyük bəyənmə alan aktrisa çəki atmaq prosesini dietoloq nəzarətində keçdiyini açıqlayıb.
Elçin Afacan qidalanma rejimini tamamilə dəyişərək protein və tərəvəz əsaslı qidalar qəbul etdiyini, həmçinin qlütendən, karbohidrat və şəkərdən tamamilə imtina etdiyini bildirib.
Qeyd edək ki, aktrisa “Bir Ailə Hekayəsi”, “Çöp Adam”, “Sen Çal Kapımı” kimi seriallardakı uğurlu performansı ilə böyük izləyici kütləsi qazanıb.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ