Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts İsrailin baş naziri Benyamin Netanyahu ilə bir neçə "sərt" telefon danışığı apararaq, onu Qəzza zolağında atəşkəs razılaşmasına nail olmağa çağırıb.
Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" (NYT) yayıb.
Bildirilir ki, Merts Netanyahudan anklava daha çox ərzaq və tibbi ləvazimatların avtomobil yolu ilə çatdırılmasına icazə verməsini tələb edir. Almaniya kansleri iyulun 28-də Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə telefon danışığı zamanı ABŞ prezidenti Donald Trampı İsrailin baş nazirinə təzyiq göstərməyə çağırıb.
Qəzet qeyd edir ki, Qəzzadakı ağır humanitar vəziyyət, Almaniya hökumətinin yəhudi dövlətinə qarşı sərt tədbirlər görmək üçün getdikcə daha çox təzyiqə məruz qalması ilə bağlı İsraillə müttəfiqlik münasibətlərini saxlayan Mertsi "yöndəmsiz vəziyyətdə" qoyub.
Tramp Qəzza zolağında aclıq çəkən uşaqların görüntülərini gördükdən sonra Netanyahuya qarşı ritorikasını sərtləşdirməyə qərar verib.
İyulun 18-də Almaniya kansleri İsrailin Qəzzadakı hərəkətlərini kəskin tənqid edib və anklavdakı vəziyyəti qəbuledilməz adlandırıb.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ