İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank 2 bankı SEÇDİ

Mərkəzi Bank (AMB) investisiya pul nişanlarının satışını təmin etmək üçün satış agentləri müəyyən edib.

Bu barədə Musavat.com-a AMB-dən bildirilib.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanları 10 may 2023-cü il tarixindən tədavülə buraxılıb. İnvestisiya pul nişanlarının satışının və geri alışının stimullaşdırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarı ilə bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən və müəyyən edilmiş tələblərə cavab verən “Bank of Baku” ASC və "TuranBank" ASC satış agentləri olaraq seçilib. Satış agentlərinin seçilməsi ilə əlaqədar investisiya pul nişanlarının Mərkəzi Bank tərəfindən birbaşa əhaliyə və banklara satışı və geri alışı dayandırılıb.

Qeyd edilib ki, satış agentlərinə qarşı müəyyən edilmiş tələblər və satış agentlərinin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsinin “İnvestisiya pul nişanları üzrə satış agentləri” alt bölməsindən tanış olmaq mümkündür.

Gələcəkdə Mərkəzi Bank tərəfindən yeni satış agentləri müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR