İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Asiya liderləri Almaniyada: Transxəzər Nəqliyyat Dəhlizi müzakirə olundu

Beş Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin Almaniyaya səfəri başa çatıb. Onlar Almaniya kansleri Olaf Şolsla birlikdə və ayrı-ayrılıqda görüşlər keçiriblər.

Şolsa birgə keçirilən yekunundan qəbul edilən birgə bəyanatda bildirilir ki, Almaniya və beş Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan enerji təhlükəsizliyinin gücləndirilməsinin və alternativ enerji təchizatı marşrutlarının yaradılmasının vacibliyini vurğulayırlar. Liderlər razılaşıblar ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında əlaqə, o cümlədən Orta Dəhliz (Transxəzər nəqliyyat marşrutu – red.) daimi əhəmiyyət kəsb edir. Dövlət və hökumət başçıları enerji təhlükəsizliyini gücləndirmək və alternativ enerji təchizatı marşrutları yaratmaq, davamlı və təhlükəsiz rəqəmsallaşma və rəqəmsal suverenliyi təşviq etmək, nəqliyyat və tranzit marşrutlarını təkmilləşdirmək, yaşıl, dayanıqlı və ekoloji cəhətdən təmiz iqtisadiyyata, kənd təsərrüfatına, enerjiyə doğru irəliləmək məqsədini vurğulayırlar”.

Liderlər həmçinin miqrasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da araşdırılmasında maraqlı olduqlarını bildiriblər. Almaniya kansleri Olaf Şols qeyd edib ki, Almaniya ixtisaslı immiqrasiya haqqında qanunun qarşıdan gələn islahatı vasitəsilə daha çox iş imkanları yaradacaq və prosedurları sadələşdirəcək. Eyni zamanda dövlət və hökumət başçıları iqlim dəyişikliyi ilə mübarizənin və onun nəticələrinə uyğunlaşma tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.

Almaniya kansleri ilə keçirilən təkbətək görüşlərdə regional əməkdaşlığın gücləndirilməsi də diqqət mərkəzində olub. Bir gün əvvəl Şolz Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb. Almaniya kansleri ümid etdiyini bildirib ki, Qazaxıstan Almaniyanın Rusiyadan enerji təchizatından asılılığından tam azad olmasına kömək edə bilər.

Kasım-Jomart Tokayev isə Transxəzər nəqliyyat dəhlizinin böyük əhəmiyyət kəsb etdiyini bildirirək, Almaniya şirkətlərini Xəzər sahilindəki limanlara investisiya yatırmağa çağırıb.

Xatırladaq ki, Mərkəzi Asiyanın beş ölkəsinin liderləri bu ilin may ayında Çinə də səfər edərək, ölkə rəhbərliyi ilə birlikdə və ayrılıqda görüşlər keçiriblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR