İnsanlara hürriyət, millətlərə istiqlal!

Merkel dilləndi - Ukraynada baş verənlərə görə Polşanı suçladı

“Polşa və Baltikyanı ölkələr Rusiya ilə danışıqların pozulmasına qismən məsuliyyət daşıyır”.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın sabiq kansleri Angela Merkel Macarıstanın “Partizan” adlı onlayn nəşrinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu danışıqların uğursuzluğundan bir neçə ay sonra Rusiyanın Ukraynaya qarşı aqressiyası başladı.

Merkelin iddiasına görə, 2015-ci ildə imzalanmış və onun vasitəçiliyi ilə hazırlanmış Minsk razılaşmaları 2015–2021-ci illər arasında vəziyyətin nisbətən sabitləşməsinə, həmçinin Ukraynaya “güc toplamaq və başqa bir dövlətə çevrilmək” imkanı yaratmışdı.

“2021-ci ilin iyununda mən hiss etdim ki, Minsk razılaşması artıq Putin tərəfindən ciddi qəbul edilmir. Buna görə də istəyirdim ki, Avropa İttifaqı olaraq onunla birbaşa danışmağa imkan verəcək yeni bir formal mexanizm yaradaq”, - deyə Merkel bildirib.

Sabiq kanslerin sözlərinə görə, bu təşəbbüs dəstəklənməyib:

“Bəzi ölkələr, əsasən Baltikyanı ölkələr və Polşa buna qarşı çıxdılar”.

Merkelin fikrincə, bu ölkələr “Avropanın Rusiya ilə bağlı vahid siyasətinin pozulacağından qorxurdular”.

Sabiq kansler müsahibəsini belə yekunlaşdırıb:

“Nəticədə bu baş tutmadı. Mən vəzifəmi tərk etdim və az sonra Putinin aqressiyası başladı”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR