İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərdəkanın 30 illik taksi sürücüsü: “Səhərlər...” - VİDEO

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 70 yaşlı mərdəkanlı taksi sürücüsü Balaş Məmmədov keçmiş günlərdən danışıb.

B.Məmmədov əvvəlki taksi xidmətinin daha etibarlı olduğunu vurğulayıb:

“Səhər işə gələndə ağzımızı xüsusi aparatla iyləyirdilər. Yol vərəqimizi imzalayıb işə buraxırdılar. İndi alkotesteri yol polislərində görürəm, amma taksi sürücülərinin yoxlanıb-yoxlanmadıqlarını bilmirəm”.

30 ilin taksi sürücüsü başına gələn maraqlı hadisələrdən birindən də söz açıb:

“Bir gün sərnişin oturub dedi ki, tez sür, tələsirəm. Yol hərəkəti qaydalarını poza bilməyəcəyimi söylədim. Dedi, mənim həyat yoldaşım deputatdır, harada saxlasalar, mənlikdir. Ramanaya çatanda yol polisi bizi saxladı, sənədlərimi aldı”.

Ətraflı Baku TV-nin süejtində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR