İnsanlara hürriyət, millətlərə istiqlal!

Meral Akşenerlə bağlı ŞOK İDDİA - VİDEO

Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkiləri öncəsi İYİ Partiya rəhbəri Meral Akşener barədə kulislərdə səs-küylü iddialar səslənir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Akşener İdarə Heyəti toplantısında bütün şəhərlərdə müəyyənləşəcək namizədlər üçün partiya üzvlərindən tam səlahiyyət istəyib və seçkidə səslərin 11 faizə çatmadığı təqdirdə vəzifəsini tərk edəcəyini bildirib.

"Seçkidə qalib gəlsək, hamımız qazanırıq, uduzsaq, mən uduzacağam. Bu müddət ərzində namizədləri müəyyən etmək üçün sizdən bütün səlahiyyətləri istəyirəm. Seçkidə qalib gəlməsək, lazım olanı edib evimə qayıdacağam", - o deyib.

Yayılan iddialarla bağlı partiyadan yazılı açıqlama verilib:

"Bu iddia real deyil və sədrimiz heç vaxt belə açıqlama verməyib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR