Onlayn ictimai-siyasi qəzet
“Arıqlayarıq, qınayırlar. Kökəlirik, yenə qınayırlar. Filtrdən istifadə edirik, “gerçək deyil” deyirlər”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Hadisə sosial media hesabında yazıb.
O, qocaldığını deyənlərə belə cavab verib:
“Qırışlarımızı göstəririk, “qocalmısan” deyirlər. Qadın olmaq – hər halınla mühakiməyə açıq olmaq deməkdir deyə düşünürlər.
Amma mən heç vaxt bu qaydalarla yaşamadım. Nə səhnədə, nə aynada. Bu foto da mənimdir, qırışlarım da. Sözüm də, bədənim də, səhnəm də – hamısı mənimdir. Və bu azadlığı heç kimə izah etməyə borclu deyiləm. Qorxmadım. Qorxmaram. Qorxuda bilməzsiniz”.
Qeyd edək ki, məşhur müğənni “Fırtınam” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.
Hadisənin fotoşopsuz və filtrsiz kamera qarşısına keçdiyi videoda üz ifadəsi, cizgiləri, göz ətrafındakı qırışlar və ağır makiyaj izləyicilərin diqqətini çəkib.
Bəzi sosial şəbəkə istifadəçiləri Hadisənin videosuna “O, heç makiyaj etməyib”, “Üzündəki qırışlar çox görünür”, “Bu videoda onun qocaldığını hiss etdim” kimi tənqidi fikirlər yazıblar.
Könül,
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ