İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məni o qədər döydülər ki, dilim tutuldu" - Bənənyar hadisələrinin zərərçəkmişləri FƏRYAD edir - VİDEO

Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasında bir çox hadisələrin üzərindən sirr pərdəsi götürülə bilər. Bu hadisələr sırasında 2009-cu ildə baş vermiş və təkcə ölkədə deyil, xaricdə də rezonans doğurmuş Bənənyarda baş verənlər də var.

Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov mediaya bildirib ki, Bənəniyar hadisələri zamanı həyatını itirmiş Rza Nuriyevin ailəsini Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Nemətov qəbul edib. Nazir həmin hadisədən zərər çəkmiş ailəyə bildirib ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülüb. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq.

Nazir deyib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna həmçinin, Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər.

Bu gün TV Müsavatın “Canlı debat” verilişində Bənənyar hadisələrinin zərərçəkmişləri qonaq olublar. Onlar illər öncə yaşadıqları faciəvi anları saniyə-saniyə danışaraq ictimaiyyəti məlumatlandırıblar. Aşağıdakı videoda siz dəhşətli bir filmin ssenarisi qədər gerçək olan Bənənyar faciəsinin canlı şahidlərinin - Yusifov Fikrət və və Yusifov Kənanın dilindən bu hadisələri dinləyə biləcəksiz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR