İnsanlara hürriyət, millətlərə istiqlal!

Menendezin korrupsiya işi ABŞ-Misir münasibətlərinə zərbə vurdu

 

ABŞ-ın Nyu Cersi ştatından ermənipərəst senator, Senatın xarici əlaqələr komitəsinin keçmiş sədri Bob Menendezlə bağlı qalmaqallı məlumatlar gəlməyə davam edir.

Musavat.com Caliber.az saytına istinadən xəbər verir ki, bununla bağlı Əl-Cəzirə kanalında maraqlı məlumat yayılıb.

Gələn xəbərlərə görə, Menendez vəzifəsindən Misir hökumətinin xeyrinə istifadə etmək müqabilində rüşvət almaqda ittiham olunur. 

Federal prokurorların iddiasına görə Menendez və erməni həyat yoldaşı üç iş adamından qanunsuz olaraq yüz minlərlə dollar alıblar.

İttihama görə, Menendes Misir rəsmiləri ilə görüşüb və Qahirəyə silah satışını asanlaşdıracağını vəd edib. O həmçinin məxfi məlumatları, o cümlədən ABŞ-ın Qahirədəki səfirliyinin əməkdaşları ilə bağlı məlumatları da Misir rəsmilərinə ötürüb.

Bütün bu məlumatlar ABŞ və Misir arasında əlaqələrə dərin zərbə endirib.

Ermənipərəst senatoru komitə sədri kimi əvəz edən senator Ben Kardin Misirə 235 milyon dollar məbləğində hərbi yardımın ayrılmasına qadağa qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR