İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən Ukraynanın Aİ üzvü olmasına imkan verməyəcəm”

“26 üzv dövlətin liderlərinin hamısı istəsə belə, mən Avropa İttifaqının səhv etməsinə və Ukrayna ilə üzvlük danışıqlarına başlamasına imkan verməyəcəm”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban “Mandiner” portalına müsahibəsində deyib.

“Avropa İttifaqı dəhşətli səhvə yol vermək üzrədir, bunun qarşısı alınmalıdır. 26 nəfər bunu etmək istəsə də, biz bunun əleyhinə olacağıq. Çünki Ukrayna üzvlük danışıqlarına başlamağa hazır vəziyyətdə deyil. Lakin müharibəyə, geostrateji səbəblərə görə, belə demək mümkünsə, siyasi səbəblərə görə, biz hələ də onunla danışıqlara başlamalıyıq”, - deyə Orban qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR