Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə səylərinə inanıram”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corca Meloni "The Financial Times" qəzetinə verdiyi müsahibədə danışıb.
O, eyni zamanda, Rusiyanın gələcəkdə müharibəni yenidən başlatmasının qarşısını almaq üçün etibarlı təminatların vacibliyini vurğulayıb.
Meloni, Fransa və Britaniyanın Ukrayna üçün Avropa “təminat qüvvələri” yaratmaq təklifinə skeptik yanaşdığını açıqlayıb. Onun fikrincə, bu cür qüvvələr Moskva tərəfindən təxribat kimi qiymətləndirilə bilər.
“Bu məsələdə ehtiyatlı olmalıyıq. Bu, daha çox təhdid kimi qəbul edilə bilər”, – deyə Meloni bildirib.
İtaliya Baş naziri bunun əvəzinə NATO-nun 5-ci maddəsinin – yəni qarşılıqlı müdafiə öhdəliyinin – Ukrayna ərazisinə də şamil olunmasını dəstəkləyir. O, bunu Ukraynanın formal şəkildə alyansa qəbul edilmədən həyata keçirilə biləcək “daha sadə və effektiv” bir yol kimi qiymətləndirib.
Qəzetin yazdığına görə, bu ideya Avropa rəsmilərini çaşdırıb, çünki kollektiv müdafiə NATO-nun əsas mahiyyətini təşkil edir və ABŞ, indiyədək Ukraynaya bu cür təhlükəsizlik zəmanətləri verməkdən imtina edib.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ