İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məktəbdə bomba var" demişdi, Bakı həbsxanasında öldü

Bakıda məhkum cəzaçəkmə müəssisəsində ölüb.

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində saxlanılan 50 yaşlı Aslanov Elbrus Temir oğlu dünyasını dəyişib.

Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, E.Aslanov 2017-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 nömrəli məktəbə bomba qoyulması və az sonra partlayacağı barədə yalan xəbər verib. Buna görə ona cinayət işi açılıb. Mərhumun son məhkumluğu isə soyğunçuluğa görə olub. Belə ki, o, Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib./Lent.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR