İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikadan ABŞ-a qeyri-qanuni miqrasiya bir ildə rekord həddə çatıb


Meksika ilə ABŞ arasındakı sərhədi keçən qeyri-qanuni miqrantların sayı maliyyə ilində (30 sentyabrda başa çatır - Red) qeydə alınmış ən yüksək səviyyəyə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Sərhəd və Gömrük Xidmətinin məlumatlarına istinadən yazıb.

Sentyabrda 227 547 qeyri-qanuni sərhədi keçmə faktı qeydə alınıbsa, ötən il həmin ay rəqəm 192 001 fakt olub.

Ümumilikdə maliyyə ili ərzində Meksika ilə ABŞ arasındakı sərhəddə 2,38 milyon qanun pozucusu saxlanılıb ki, bu da ötən illə müqayisədə 37% çoxdur.

Rəsmilər qeyd edirlər ki, mövcud vəziyyət Venesuela, Kuba və Nikaraquadan miqrasiyanın artması ilə bağlıdır. Sentyabrda ABŞ bu ölkələrin sərhədi qanunsuz keçməyə cəhd edən 78 minə yaxın vətəndaşını saxlayıb.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR