İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika rəhbərliyi Pentaqon rəhbərinin sözlərinə qəzəblənib

ABŞ-ın müdafiə naziri Pit Heqset bir sıra Meksika rəsmilərinin narkotik kartelləri ilə əlaqələrini davam etdirməyə davam edərsə, Meksikanı hərbi əməliyyatlarla hədələyib.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Mənbələrin sözlərinə görə, yanvarın 31-də Pentaqon rəhbərinin Meksika Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbəti olub. Söhbət zamanı Heqset vurğulayıb ki, Meksika rəsmiləri ilə narkotik kartelləri arasında əlaqələr davam edərsə, o zaman “ABŞ ordusu cinayətkar qruplara qarşı birtərəfli tədbirlər görməyə hazır olacaq”.

Meksika rəhbərliyi Heqsetin bu sözlərindən hiddətlənib və hesab edib ki, o, ölkənin “ərazisində döyüş əməliyyatları keçirəcəyi” ilə hədələyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR