Onlayn ictimai-siyasi qəzet
Meksika ABŞ-ın hərbi təyyarəsinə eniş icazəsi verməkdən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Bu qərar Donald Tramp administrasiyasının immiqrantların Meksikaya deportasiyası ilə bağlı planlarını pozub.
ABŞ Müdafiə Nazirliyinin iki nümayəndəsi hadisəni təsdiqləyərək, bu qərarın deportasiya prosesinə maneə yaratdığını bildirib.
Qeyd edək ki, Prezident Donald Tramp miqrantlara qarşı kütləvi kampaniyaya başlayıb. Belə ki, ölkədə miqrantların sığınacaqlara yerləşdirilməsi ilə bağlı qadağa və ABŞ ərazisində dünyaya gəlmiş uşaqların vətəndaşlıq almalarına məhdudiyyətlər tətbiq edilib.
D.Tramp, miqrantların vətənlərinə geri dönməsini dəstək göstərmək üçün Pentaqona tapşırıq verib və administrasiyasını “Meksikada qal” proqramını bərpa etməyə çağırıb. Bu proqram çərçivəsində meksikalı olmayan miqrantlar ABŞ ilə əlaqəli işlərinə dair qərarı gözləmək üçün Meksikada qalmağa məcbur olublar.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ