Onlayn ictimai-siyasi qəzet
“Teymur Əmrah 1 aya yaxındır ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrında vokal müəllimi kimi fəaliyyət göstərir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə deyib.
“65 yaş üzəri işçi var idi, həmin şəxs pensiyaya çıxdığına görə onun yerinə Teymur Əmrah təyin olundu. Hazırda konkret tamaşa ilə bağlı iş görür. Bizə aktyorlarla məşğul olan vokal savadlı adam lazım idi. Yeni tamaşaya da belə bir adam mütləq lazım idi. Bu da Teymur Əmrah oldu”, - M.Ələkbərzadə bildirib.
Aytən Novruz
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ