İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhərrəm ayında toy etmək olar? - İlahiyyatçı AÇIQLADI

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhərrəm ayının 1-i Azərbaycanda iyunun 26-na, Aşura günü isə iyulun 5-ə təsadüf edəcək. Məhərrəm ayı iyulun 25-də başa çatacaq və səfər ayı başlayacaq.

Məhərrəm ayının önəmi və vacibatları barədə məlumat almaq üçün Oxu.Az QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyevlə həmsöhbət olub.

İlahiyyatçı-alim bildirib ki, məhərrəm ayının xüsusi vacibatları yoxdur:

"Bu ayda təşkil olunan mərasimlər, əzadarlıqlar peyğəmbərin sevimli nəvəsi imam Hüseynin Kərbəla döyüşündə şəhid olmasının il dönümü ilə əlaqədar təşkil edilir. Matəm mövsümündə imam Hüseynin şəninə yazılmış mərsiyələr, qəsidələr oxunur".

O, məhərrəm ayının önəmi barədə də məlumat verib:

"Bu ay özündə şəhidliyi, şəhadəti, vətənpərvərliyi ehtiva edir".

Samid Quliyev toyların qadağan edilməsi məsələsinə də toxunub:

"Məhərrəm ayında toy edib evlənməklə bağlı xüsusi qadağa yoxdur. Lakin tarixən azərbaycanlılar peyğəmbərin ailəsinə, dini terminlə desək, əhli-beytinə həmişə hörmətlə yanaşıblar. Buna görə də, nəinki məhərrəm ayı, eləcə də ondan sonrakı səfər ayında əhli-beytə ehtiramı gözləyib toy, nişan hazırlıqlarını təxirə salar, yeni evə köçməzdilər. Bunlar şəriətin qadağası deyildi, insanların əhli-beytə olan ehtiramından irəli gəlirdi".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR