Onlayn ictimai-siyasi qəzet
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sərt açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, Finlandiyanın NATO-ya üzvlükdən sonra Rusiyaya qarşı konfrontasiya kursu götürdüyünü bildirib.
“Finlandiya NATO-ya daxil olduqdan sonra guya müdafiə tədbirləri adı altında Rusiya ilə müharibəyə hazırlaşır. Hətta bizə qarşı hücum üçün plasdarm yaradırlar”, – deyə Medvedev vurğulayıb.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı artıq bu prosesə tam şəkildə cəlb olunub və Finlandiyanın beş əməliyyat mühitini – qurunu, dənizi, havanı, kosmosu və kiberməkanı – intensiv şəkildə mənimsəyir.
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ