İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev: "Dağılan imperiya dünyanın yarısını dağıntıları altında basdıracaq"

Ukraynaya qarşı təcavüzkar savaşın əvvəlindən Kiyevə və Qərb dövlətlərinə qarşı sərt və davakar bəyanatlar verən Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “İzvestiya” qəzetində yni məqalə yazıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Medvedyev bu dəfə də dünyanın “nüvə qiyaməti” ilə təhdid edib.

Məqalənin böyük hissəsi Medvedevin “bu müharibənin qaçılmazlığı” ideyasının əsaslandırılmasına həsr olunub. Keçmiş prezidentin fikrincə, bütün bunların mənşəyi SSRİnin dağılmasına gedib çıxır.

SSRİ rəhbərlərini bərbad siyasətdə, Qərb ölkələrini isə düşmənçilik və təkəbbürdə ittiham edən Medvedyev, eyni zamanda, əslində, onun süqutunu keçmiş imperiyalarla, tarixlə müqayisə edib. Onun fikrincə, postsovet Rusiyasının rəhbərləri nə etsə də, yol yenə də müharibəyə gedib: "Tarix amansızdır. Roma və Konstantinopol. Ərəb xəlifələri və Çingiz xan. Napoleonun yüksəlişi və şərəfsiz ölümü... Hansı üzərində bu səhifələrdən dünya salnaməsinin bir cildini açırsan, eyni şeyi tapacaqsan. İmperiyanın çiçəklənməsindən və onun qızıl dövründən sonra eyni finala qədər uzun bir yol var: parçalanma və müharibə və ya müharibə və parçalanma. Bu, dünyanın qanunudur, SSRİ ilə bizim başımıza gələnlər ancaq gecikmiş variantda olub”.

Medvedyevə görə, “imperiyanın ölümündən sonra müharibənin ən güclü katalizatoru dağılmış dövləti daha da parçalamaq istəyən onun ətrafındakı ölkələrdir”. O, buna görə Rusiyanın ötən ilin fevralında Ukraynaya müdaxiləsinin günahını Qərbin üzərinə qoyub.

Keçmiş prezident yenidən tarixə müraciət edərək “hər hansı dağılmış imperiyanın dünyanın yarısını öz xarabalıqları altında, hətta daha çoxunu da basdırdığını” yazıb. Eyni zamanda, Medvedyev hesab edir ki, SSRİ də olduğu kimi bu Ruisyada nəticə verməyəcək" və Rusiyanın özünün mövcudluğu məsələsi ciddi şəkildə ortaya çıxsa, bu, qətiyyən Ukrayna cəbhəsində həll olunmayacaq”.

Məqalənin sonunda Medvedyev həm Rusiyanın, həm də, digər avtoritet ölkələrin (qeyri-Qərb-red.) buna yol verməyəcəklərini vurğulayıb.

Lakin Medvedyev “indiki Rusiya ilə SSRİ arasında hansı fərqin olduğunu”, “əgər Rusiya da “imperiya”dırsa, nə üçün bütün imperiyalar kimi, parçalana bilməz” suallarına cavab verə bilməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR