Onlayn ictimai-siyasi qəzet
Dekabrın 25-də mədəniyyət naziri Adil Kərimli və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşü olub.
Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyində keçirilən görüşdə çıxış edən Adil Kərimli mədəniyyət sahəsi ilə bağlı məsələlərin daha geniş müzakirə olunmasında və ictimai dinləmələrin təşkilində fəal iştirakına görə İctimai Şuraya təşəkkürünü bildirib.
Nazir mədəniyyət sahəsinin inkişafı istiqamətində İctimai Şura ilə birgə çalışmağın önəmini diqqətə çatdırıb.
Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu İctimai Şuranın işinin cəmiyyətin mədəniyyət sahəsi ilə bağlı məsələlərə münasibətinin öyrənilməsinə xidmət etdiyini deyib.
İctimai Şuranın sədri akademik Nizami Cəfərov çıxışında bildirib ki, şura ilə sıx əməkdaşlıq Mədəniyyət Nazirliyinin fəaliyyətini daha da möhkəmləndirir, yeniliklərə və islahatlara təkan verir.
İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı, Vüqar Qədirov, şuranın üzvü Xanoğlan Əhmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ