Onlayn ictimai-siyasi qəzet
13 və 17 may tarixlərində Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunacaq.
Təlimdə iştirakçılar 69 nəfər olmaqla 5 qrupa bölünəcəklər. Təlim 15 saatlıq olmaqla 5 istiqamət üzrə - "İdarəçinin düşüncə tərzi", "Effektiv ünsiyyət", "Emosional zəka", "Liderin 4 xüsusiyyəti", "SWOT analiz və planlaşdırma" və "Vaxtın idarə edilməsi" mövzularını əhatə edəcək.
Təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və zəif tərəfləri, imkanları və təhdidləri müəyyən etmək, təhsildə keyfiyyətin və digər mövzular üzrə bilik və bacarıqlarını artırmasını özündə ehtiva edir.
Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikat veriləcək.
Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ