Onlayn ictimai-siyasi qəzet
İnfarkt hər zaman klassik simptomlarla – sinə ağrısı, sol qola yayılan təzyiq və nəfəs darlığı ilə özünü göstərmir.
Kardioloq Dr. Adnan Köşüş xəbərdarlıq edir ki, xüsusilə 45 yaşdan yuxarı şəxslər, diabet və ürək-damar xəstəlikləri olanlar üçün mədə ətrafında təzyiq, yanma və ya ağrı kimi şikayətlər infarktın səssiz əlaməti ola bilər.
Qadınlar və diabet xəstələrində bu simptomlar ürəkbulanma, qusma, soyuq tərləmə, qəfil yorğunluq kimi fərqli formada da özünü göstərə bilər. Bu səbəbdən mədə ağrıları yalnız həzm sistemi ilə əlaqələndirilməməlidir. Dr. Köşüş qeyd edir ki, bu əlamətlər ortaya çıxdıqda ürək müayinəsi vacibdir.
İnfarktda ilk 90 dəqiqə həyati əhəmiyyət daşıyır. Sadəcə mədə ağrısı ilə birlikdə tərləmə, halsızlıq və təngnəfəslik hiss edilirsə, dərhal tibbi yardım göstərilməlidir. Angioqrafiya və stent kimi erkən müdaxilələr ürək toxumasını qoruyur.
Həyat tərzi dəyişiklikləri – siqaretdən uzaq durmaq, sağlam qidalanma, təzyiq və şəkərə nəzarət, müntəzəm idman – infarkt riskini azaltmaqda əsas rol oynayır. Dr. Köşüş ürək xəstəliklərinin qarşısı alına bilən bir problem olduğunu xatırladır.//E-saglam.az
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ