İnsanlara hürriyət, millətlərə istiqlal!

Məclisi-fəramuşan” Azərbaycan-Özbəkistan şairlərinin növbəti poeziya görüşləri keçirildi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə cari ilin mart ayından keçirilməsinə start verilən Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi - fəramuşan” növbəti poeziya görüşləri keçirilib.

Onlayn formatda keçirilən poeziya görüşündə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edildiyini və bu münasibətlə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda çoxsaylı tədbirlərin, layihələrin reallaşdırıldığını bildirib. O, iki əsrdən sonra bərpa olunan məclisin keçirilməsinin əhəmiyyəti, onun iki ölkə arasında dostluq, əməkdaşlığın inkişafına töhfəsi, ədəbiyyat sahəsində yeni istedadların üzə çıxarılması və Türk dünyası arasında ədəbi əlaqələrin genişlənməsinə dəstək olacağını qeyd edib.

Samir Abbasov ötən ay “Məclisi - fəramuşan” poeziya görüşlərinin Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada keçirildiyini və hər iki ölkənin dövlət nümayəndələri, mədəniyyət, ədəbiyyat xadimlərinin rəsmi açılış tədbirində iştirakını, Azərbaycan Dövlət Televiziyasının “Körpü” verilişinin bütövlükdə Şuşada keçirilən “Məclisi - fəramuşan” poeziya görüşlərinə həsr olunmasını tarixi və əlamətdar hadisə olduğunu vurğulayıb.

Diplomat “Məclisi - fəramuşan” poeziya görüşləri vasitəsi ilə iki ölkə arasında ədəbiyyat sahəsində əməkdaşlıq platformasının yaradıldığını, şairlər öz şeirlərini təqdim etməklə yanaşı, gələcəkdə ədəbiyyatın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq imkanı əldə edə biləcəklər. S.Abbasov növbəti illərdə məclisinin Türk Dünyasının digər ölkələrinin ədəbiyyat, yaradıcı təşkilatlarının, şairlərinin də cəlb ediləcəyini qeyd edib.

Daha sonra hər iki ölkənin şairləri öz şeirlərini təqdim ediblər.

Azərbaycan şairləri Elvin Əlizadə, Oğuz Alparslan, Gülnarə İsrafil, Emil Rasimoğlu, Samir Mustafayev, Özbək şairlər Başorat Otajonova, Suhrob Ziyo, Rashid Xojamov, Parizoda Axrorxojayeva, Alişer Navoiylik “Məclisi-fəramuşan” poeziya görüşündə öz şeirlərini səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan tərəfdən məclisin moderatoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Nargiz Asadova olmuşdur.

Məclisdə səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında tərcümələri həyata keçirilərək Azərbaycan və Özbək dillərində nəşr olunacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR