Onlayn ictimai-siyasi qəzet
Müğənni Mayli Sayrus "Grammy" mükafatlandırma gecəsinə qatıldıqdan sonra görünüşünə görə gündəmdən düşmür.
Mayli uzun müddət ciddi pəhriz saxlayıb, bu da ona formada qalmağa kömək edib.
“The Mirror” yazır ki, Sayrusun pəhrizi əsasən tərəvəzlərdən ibarətdir: o, səhər yeməyində yaşıl smuziyə, naharda pomidor, qarğıdalı, mərcimək və avokadoya, axşam yeməyində isə balqabaq, soğan və adi taxıllı makaronlara üstünlük verir. Qəlyanaltı üçün ulduz bir peçenye və çiyələk seçir.
Pərəstişkarları yekdilliklə belə yeməyin əsl işgəncə olduğunu yazıblar. Bildirilib ki, pəhriz bütövlükdə nəinki sağlam görünür, hətta orqanizm üçün vacib olan zülalın olmaması ilə diqqət çəkir.
Mayli isə bu pəhrizi arıqlamaq üçün yox, sağlamlığını qorumaq üçün saxladığını bildirib. (Axşam.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ