Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, milyarder iş adamı Elon Mask "X" sosial şəbəkəsinə genişmiqyaslı kiberhücum edildiyini və hücumun hələ də davam etdiyini açıqlayıb.
"Bizə hər gün hücum edirlər, amma bu dəfə hücum əhəmiyyətli resurslardan istifadə edilməklə həyata keçirilib. Hücumda ya iri, koordinasiya edilmiş bir qrup, ya da bütöv bir ölkə iştirak edir. İzləyirik", – deyə Mask bildirib.
O, "X" platformasının təhlükəsizlik komandasının vəziyyəti nəzarətdə saxladığını və hücumun qarşısını almaq üçün müvafiq tədbirlər görüldüyünü qeyd edib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Rəsmi məlumatlara görə, istifadəçilərin şəxsi məlumatları sızmayıb. Lakin "X" rəhbərliyi istifadəçiləri şübhəli fəaliyyətlərə qarşı diqqətli olmağa çağırıb.
Musavat.com
11 Mart 2025
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ