İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask ABŞ-nin baş kəşfiyyatçısı ilə görüşəcək - SƏBƏB

İlon Mask martın 31-də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratklifflə görüşəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, görüşdə Amerika hökumətinin fəaliyyətinin optimallaşdırılması imkanlarının müzakirə olunacağı deyilir.

MKI rəsmisi Ratkliffin Maskla görüşəcəyini təsdiqləyib: “Direktor Ratkliff İlon Maskı hökumətin fəaliyyətini müzakirə etmək üçün görüşə dəvət edib”.

Mask və Ratkliffin ABŞ prezidenti Donald Trampın ABŞ hökumətinin xərclərini azaltmaq və onu sadələşdirmək planı kontekstində MKİ-nin effektivliyini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, artıq Pentaqon mülki personalın sayının 50-60 min nəfər azaldıldığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR