Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Goranboy rayonu, Goranlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Musavat.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki "HYUNDAI" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülərdən biri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ