İnsanlara hürriyət, millətlərə istiqlal!

Marsda gözlənilməz aktivlik aşkarlandı - FOTO

Alimlər Marsda nisbətən yaxın vaxtlarda baş bermiş vulkanik aktivliyin əlamətlərini aşkar ediblər ki, bu da planetin düşünüldüyü kimi geoloji cəhətdən ölü olmadığını göstərir.

Araşdırma “JGR Planets” jurnalında dərc olunub.

Kəşf Marsın səthinin altında uzun müddətdir ki, özünü büruzə verməyən gözlənilməz proseslərin baş verdiyini göstərir.

Marsda Yerdə olduğu kimi səthinin formasını dəyişən litosfer plitələrinin hərəkəti olmadığı üçün qırmızı planet geoloji baxımdan ölü sayılırdı. Bu o deməkdir ki, burada uzun müddətdir ki, vulkanik fəaliyyət baş vermir. Lakin yeni kəşf alimləri buna şübhə etməyə məcbur edib.

Alimlər Marsda Elizium adlı nəhəng düzənliyin peyk şəkilləri və georadarlardan istifadə edərək araşdırma aparıblar. Nəticədə elm adamları son 120 milyon il ərzində baş vermiş vulkanik fəaliyyətin əlamətlərini aşkar ediblər. Ən son vulkanik aktivlik təxminən 1 milyon il əvvəl baş verib. Bu, alimlərin təxmin etdiklərindən xeyli gecdir.

Bununla belə, araşdırmaya görə, vulkan püskürmələrinin indi də baş verə biləcəyi güman edilir, sadəcə onları aşkar etmək lazımdır. 

fd6119e4-c460973e92ba21909a869ecaeb7cecd7.jpg (24 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR