Onlayn ictimai-siyasi qəzet
Fransada İfrat sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Pen X sosial şəbəkəsində Rusiya Xarici İşlər Nazirliyinin səhifəsində onun fotosunun dərcindən qəzəblənib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, fransız siyasətçiRusiyanı təxribatda və Fransa işlərinə qarışmaqda ittiham edib.
Yerli TF1 kanalının aparıcısı Le Pendən Rusiya XİN-in fotolarına işarə edərək, onun partiyasının Fransada keçirilən parlament seçkiləri fonunda Rusiyadan dəstək alıb-almadığını soruşub. Cavabında Marin Le Pen Rusiya hakimiyyətinin bəyanatlarına görə məsuliyyət daşımadığını bildirsə də, öz fotosu ilə bu yazının görünməsindən qəzəbləndiyini bildirib.
Marin Le Pen seçki kampaniyası zamanı özünü və partiyasının “Ukraynaya dəstək olduqlarını açıq şəkildə ifadə etdiyini bildirib. Lakin onun fikrincə, Fransa hərbçiləri bu ölkəyə göndərilə bilməz.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ