İnsanlara hürriyət, millətlərə istiqlal!

Malidə üsyançılar ordunun bazasını ələ keçirdiklərini bəyan ediblər

Malidə tuareq üsyançı qüvvələri ölkənin şərqindəki hərbi bazasını ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" üsyançıların nümayəndəsi Məhəmməd Elmauloud Ramadana istinadən məlumat yayıb.

Hərbi baza Qao şəhəri yaxınlığındakı Bamba rayonunda yerləşir.

Mali Müdafiə Nazirliyi Bamba rayonunda üsyançılarla gərgin döyüşlərin getdiyini bildirib.

Xatırladaq ki, “Tuareq” qiyamçı qruplaşması 2012-ci ildən ölkənin şimalında nəzarəti öz əlində saxlayır. 2015-ci ildə hökumətlə qiyamçılar arasında sülh müqaviləsi imzalanıb, lakin həmin vaxtdan silahlılar Burkina-Faso və Niger sərhədində daha da fəallaşıblar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR