İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksim Qalkin İsraili tərk etməyəcəyini dedi - "Qan verib kömək edəcəyəm"

Məşhur komik və şoumen Maksim Qalkin İsraili tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, İnstaqram hesabında ölkəni tərk etmək fikrində olmadığını və İsrail xalqına lazım olan bütün dəstəyi verməyə hazır olduğunu açıqlayıb.

Bundan əvvəl Maksim Qalkin bildirib ki, şənbə günü səhər onlar sirenaların səsinə oyanıblar. “Bu gün bazar ertəsi, İsraildə yaşadığımız ərazidə nisbi sakitlik hökm sürür. Bundan əvvəl sirenlər fəryad edirdi”.

Qalkin bildirib ki, o, ailəsi ilə birlikdə Rusiyadan İsrailə il yarımdan çox əvvəl köçüb və bu, düşünülmüş qərardır.

“Gedişimizi nə qədər qaçış adlandırmağa çalışsalar da, bu doğru deyil. Təhlükədən qaçmaq. Bizə heç bir təhlükə yox idi. Niyə getdiyimizi izah etməyəcəyəm, ağıllı insanlar bilir, axmaqlara isə təkrar etmək faydasızdır. İsrail bizim şüurlu seçimimiz idi. Biz uzun illərdir Avropa İttifaqının vətəndaşıyıq, Avropa pasportlarımız var, 27 gözəl, mədəni Avropa ölkələrindən birində istənilən vaxt, problemsiz, hətta sabah da yaşaya bilərik. Ancaq biz İsraili seçdik, çünki mən bu ölkəni çox sevirəm, çünki burada özümü sakit hiss edirəm, çünki Alla və mən Rusiyada həmişə hiss etdiyimiz kimi, özümüzü yad deyil, bura aid hiss edirik. Mən anam tərəfindən yəhudiyəm, bu mənim bir parçamdır. Biz İsraili seçdik və bir dəqiqə belə peşman deyilik. Bu gün, İsrail üçün bu çətin və kədərli günlərdə biz buradayıq və harasa getmək imkanını düşünməmişik. Hava limanı açıqdır, aviaşirkətlər riski öz üzərlərinə götürürlər. Alla və mən İsrail xalqını dəstəkləmək istəyirik. Biz qürur duyuruq ki, indi belə bir xalqla birləşmişik. İsraillilər qaçmır. Niyə cəbhədə yox, burda olduğumu soruşanlara deyirəm ki, mən ora gedərdim, amma hərbi xidmət keçməmişəm. Başqa cür də kömək edə bilərəm - qan verəcəm, kömək edəcəm”, - Qalkin deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR