İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun həyat yoldaşını kişi adlandıran jurnalist Fransadan QAÇIR

Fransada qalmaqallı açıqlamaları ilə gündəmə gələn jurnalist Nataşa Rey Rusiya hökumətindən siyasi sığınacaq istəyib.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili məlumat yayıb.

Vəkilin bildirdiyinə görə, Rey Fransa hakimiyyəti tərəfindən hüquqi təqiblərə məruz qaldığı üçün Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydan müdafiə istəyib.

Nataşa Rey daha əvvəl Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron barədə qalmaqallı fikirlər səsləndirmiş, onu kişi adlandıraraq cinsiyyət kimliyi ilə bağlı iddialar irəli sürmüşdü. Bu açıqlamalar Fransada böyük səs-küyə səbəb olmuş və jurnalistin hüquqi məsuliyyətə cəlb olunması məsələsi gündəmə gəlmişdi.

Bununla belə, vəkil jurnalistin rəsmi müraciət edib-etmədiyini açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR