Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron ölkədə dövlət çevrilişinə hazırlaşır.
Musavat.com xəbər verir ki, Fransa "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində belə bir iddia səsləndirib.
Onun fikrincə, Rişar Ferranın Konstitusiya Şurasının rəhbəri təyin edilməsi təsadüfi deyil.
"Ferran üçüncü müddətə qadağanı ləğv etmək istəyir, bunu artıq açıq şəkildə bildirib! O, bu barədə dəfələrlə danışıb. Onun bu vəzifəyə gətirilməsi heç də təsadüfi deyil! Makron dövlət çevrilişinə hazırlaşır", – deyə Filippot vurğulayıb.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ