Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putini Avropa üçün potensial təhlükə adlandırıb.
Musavat.com xəbər veri ki, bu barədə o, Fransa KİV-lərinə müsahibəsində bildirib.
Makronun sözlərinə görə, 2008-ci ildə Gürcüstana müdaxilədən sonra Putin nadir hallarda verdiyi vədlərə əməl edib və Rusiya daimi destabilizasiya edən qüvvəyə çevrilib.
Fransa lideri əlavə edib ki, Putin sərhədlərin dəyişdirilməsi ilə hakimiyyətini genişləndirməyə çalışır.
Fransa prezidenti Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin vacibliyini də vurğulayıb.
Onun sözlərinə görə, bu zəmanətlər əsasən aşağıdakıları əhatə etməlidir:
1. Kiyevin güclü ordusu;
2. Avropa qoşunlarının dəstəyi.
“Sülh tələsik olmamalıdır, onu möhkəm zəmanətlər möhkəmləndirməlidir, əks halda biz yenidən başlanğıc nöqtəsinə qayıdacağıq”, – Makron bildirib.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ