İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron uduzub, amma məmnundur - İLK ŞƏRHİ YAYILDI

Fransa prezidenti E.Makron növbədənkənar parlament seçkilərinin ikinci turunun ilk nəticələrini şərh edib.

AFP Fransa liderinin ətrafına istinadən xəbər verir ki, o, seçkinin nəticələrini optimist rakursdan şərh edib.

Musavat.com bu mövqenin məzmununu Azərbaycan türkcəsində təxminən belə təqdim edir: “Emmanuel Makron hökuməti formalaşdırmaq kimin tapşırığı ola biləcəyini müəyyən etmək üçün parlament seçkilərinin nəticələrini təhlil edərkən “ehtiyatlı olmağa” çağırır və mərkəzi blokun yeddi illik hakimiyyətdən sonra “yaşamasından” məmnundur”.

Bur daha xatırladaq ki, vasitəsiz nitq kimi təqdim olunan məzmun Makronun yaxın ətrafı tərəfindən onun mövqeyi kimi yayılıb. 

Musavat.com təkrar da olsa, bildirir ki, Fransanın bütün ərazisində Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkinin ikinci turu başa çatıb. 

fransa_parlamenti.jpg (146 KB)

İkinci turun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilməyib.

Beləliklə, "Yeni Xalq Cəbhəsi" solçu alyansı Fransada növbədənkənar parlament seçkisinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, "Respublika Naminə Birlik" prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı "Milli Mitinq" partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.

Verilən məlumata görə, solçu qüvvələrin tərəfdarları Parisin mərkəzindəki Respublika meydanına toplaşmağa başlayıblar və mitinq keçirmək niyyətindədirlər. 

Screenshot_4.png (255 KB)

Hazırda polis və jandarm qüvvələri hər hansı qayda pozuntusunun qarşısını almağa hazırlaşır. Təhlükəsizliyi Parisdə 5 min, bölgələrdə isə 30 minə yaxın hüquq-mühafizə orqanları təmin edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR