Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Parisdə keçirilən feminist aksiyalar sərt polis müdaxiləsi ilə qarşılanıb. CLPress xəbər verir ki, Fransa polisi nümayişçilərə qarşı dəyənəklər və gözyaşardıcı qazdan istifadə edib.
Paris Polis Prefekturasının məlumatına görə, təxminən 48 min insan aksiyaya qatılıb. Nümayişçilər arasında feminist təşkilatların üzvləri və həmkarlar ittifaqları da yer alıb.
Sosial mediada yayılan görüntülərdə Fransa polisinin dinc aksiya iştirakçılarını qəddarcasına döydüyü və onları zorla dağıtdığı əks olunub. Aksiyaçılar Makron hökumətinin qadın hüquqları ilə bağlı siyasətinə etiraz edirdilər.
Tənqidçilər Fransa hökumətinin dinc etirazlara qarşı repressiv yanaşmasını pisləyir və insan haqlarının kobud şəkildə pozulduğunu bildirirlər. Paris son aylarda sosial narazılıqların və polis zorakılığının artdığı şəhərlərdən biri kimi diqqət çəkir.
Fransada hökumət əleyhinə etirazlar son aylarda daha da intensivləşib və Makron hakimiyyəti getdikcə daha çox sərt polis taktikalarına əl atmaqda ittiham olunur.
@@TVmusavat/110115@@
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ