İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Fransanı Rusiya ilə müharibəyə sürükləyir - Le Pen

Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün fransız silahlarından istifadəsinə icazə verməsi Parisin bu münaqişədə tam iştirakına doğru növbəti addımdır.

Musavat.com xəbər verir ki, bunu “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen “France Info” radiosunun efirində deyib.

“Makronun ordunun göndərilməsi ilə bağlı bəyanatlarından sonra bu elan bu münaqişənin qızışdırılması istiqamətində əlavə addım olacaq. Mən düşünməyə başlayıram ki, Makron Fransanın bu müharibədə tam iştirakını istəyir. İnanıram ki, bu, soydaşlarımızın təhlükəsizliyi və ərazimizin bütövlüyü üçün tamamilə böyük təhlükə yaradacaq və mən buna qarşıyam”.

Qeyd edək ki, prezident seçkilərində Makrona uduzan Marin Le Pen fransız millətçisidir və Rusiyaya rəğbət bəsləyən siyasətçi kimi tanınır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR