Onlayn ictimai-siyasi qəzet
"Emmanuel Makron dövlət çevrilişinə hazırlaşır. Bunu fransalı deputat, müxalif “Patriotlar” partiyasının sədri Florian Filippo bildirib. Deputat bu fikrini Rişar Ferranın Konstitusiya Şurasına sədr seçilməsi ilə əsaslandırıb. Fransanın mövcud qanunlarına görə, bir şəxs ard-arda iki dəfədən artıq prezident seçilə bilməz. Buna görə də Emmanuel Makron növbəti seçkilərdə namizəd ola bilməyəcək".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev bildirib.
Politoloq qeyd edir ki, hakimiyyətdə qalmaq istəyən mövcud prezidentin sadəcə iki yolu var:
"Birinci yol – ölkədə hərbi vəziyyət rejimi tətbiq edilməli və prezidentin səlahiyyət müddəti uzadılmalıdır. Hazırda Fransada hərbi əməliyyatlar aparılmır və yaxın müddətdə belə bir halın baş verməsi ehtimalı da yoxdur. Makron dəfələrlə Ukraynada Rusiya ilə müharibə vəziyyəti yaradaraq bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışsa da, buna nail ola bilmədi. İstər Ukrayna rəhbərliyinin Fransaya etirazı, istərsə də ilk cəhddən sonra baş verən uğursuzluqlar Makronu geri çəkilməyə məcbur etdi.
İkinci yol isə Fransa Konstitusiyasına müvafiq dəyişiklik edilməsidir. Bunun üçün isə referendum keçirilməlidir. Emmanuel Makron yaxşı bilir ki, əgər bu məsələ ilə bağlı referendum təşkil olunarsa, məğlub olacaqlar. Onsuz da həyata keçirdiyi uğursuz siyasətə görə son zamanlar onun reytinqində ciddi geriləmə müşahidə edilir. Bu səbəbdən referendumda uğur qazanmaq ehtimalı olmadığı üçün Makron fərqli variantlara əl ata bilər. Bunun üçün isə Konstitusiya Şurasına ciddi ehtiyacı var.
Şuranın tamamilə ona bağlı olması istədiyi qərarları oradan keçirə bilməsinə və ölkə Konstitusiyasındakı müvafiq maddəni mübahisələndirmək üçün hüquqi imkanlar əldə etməsinə şərait yaradacaq. Rişar Ferranın Konstitusiya Şurasına sədr seçilməsi Makronun hakimiyyətini uzatmaq yolunda ilk addım sayıla bilər. Çünki Ferran Fransa prezidentinə sadiq biridir və onun bu vəzifədə sadəcə bir fiqur olduğu aydındır.
Makron təkcə Fransanın dünyadakı humanist mövqeyinə deyil, həm də ölkənin demokratik ənənələrinə ciddi şəkildə zərbə vurdu".
Xalidə Gəray
Musavat.com
09 Fevral 2025
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ