İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan rusiyalı turistlər üçün yeni tələb qoyub

Macarıstanın Moskvadakı səfirliyi rusiyalı turistlərdən onlara verilən Şengen vizasını hansı məqsədlə istifadəsi barədə məlumat vermələrini tələb edib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, əvvəllər turistlər bu ölkəyə səfər etmək planlarını təsdiqləyir, gediş-dönüş biletləri alır və otel sifariş edirdi.

Lakin turistlər Macarıstandan qayıtdıqdan səfirliyə gəlib konsulla müsahibədə iştirak etməlidirlər.

Vurğulanıb ki, buna səbəb diplomatik korpus turistlərin vizanı təyinatı üzrə istifadə etdiyinə əmin olmaq istəyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR