Onlayn ictimai-siyasi qəzet
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, bu rayonda orta aylıq maaş 2211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub. Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib.
Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur.
Bəs rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?
İqtisadçı Xalid Kərimli məsələyə aydınlıq gətirib.
“Birincisi, ölkədə maliyyə, mədənçıxarma və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkhaqqı daha çoxdur. Növbəti amil Pirallahıdakı iş yerlərinin sayı ilə bağlıdır. Oradakı müəssisələrdə rəhbər işçilər olduğu üçün əməkhaqları yüksək olub. İşçi sayı az olanda ümumi vəziyyəti düzgün qiymətləndirmək olmur”, - deyə o bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
10 Noyabr 2024
03:17
09 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ