İnsanlara hürriyət, millətlərə istiqlal!

Lüksemburqda işləyən azərbaycanlının meyiti tapıldı

Lüksemburqda yaşayan azərbaycanlı auditor Vüqar Cəfərovun meyiti tapılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iki ilə yaxındır, "PWC" audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı Vüqarın hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.

Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, 2 ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR