İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko "Vaqner"in Belarusdan çıxarılması tələblərinə cavab verib: “Axmaq tələblərdir”

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa və Baltikyanı ölkələrin "Vaqner" özəl hərbi şirkətin muzdlularını Belarusdan çıxarmaq tələblərini “axmaq və əsassız tələblər” adlandırıb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Lukaşenko Polşa və Baltikyanı ölkələrin rəhbərliyinin “Vaqner” əməkdaşlarının Belarusda olması ilə bağlı isteriyanı qızışdırdığını deyib və əlavə edib ki, eyni zamanda, bu ölkələr özləri hərbi büdcələrini artırır və Belarus sərhədlərinə iri hərbi birləşmələri cəmləşdirirlər.

“Onlar o yerə gəlib çıxıblar ki, artıq Belarusdan dərhal geri çəkilməsini tələb edirlər. Bunlar əsassızz və axmaq tələblərdir”, - deyə BelTA agentliyi Lukaşenkodan sitat gətirir.

Lukaşenko onu da deyib ki, Varşava Belarusa münasibətdə Avropada adi silahlı qüvvələr haqqında müqaviləni yerinə yetirməmək qərarını elan edib - əslində bu sənəd silahlara nəzarət sahəsində hüquqi cəhətdən məcburi olan sonuncu beynəlxalq aktdır. Belarus lideri bunun təhlükəli addım olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR